!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Körfəzdə insident: Tankerlər partladıldı - TƏXRİBAT

!Reklam – Yazi

Oman körfəzində insident baş verib.

Yenicag.az xəbər verir ki, Oman körfəzində Marşal adaları bayrağı ilə üzən “Front Altair” və Panama bayrağı ilə üzən “Kokuka Courageous” adlı tankerlerdə 2 neft tankeri qəzaya uğrayıb.

Məlumata əsasən zədələnən tankerlərdə partlayış və yanğın baş verib. Gəmilərdən hər ikisinin heyəti evakuasiya olunub. Heyət üzvlərinin dediyinə görə gəmilərə hücum həyata keçirilib.

Bununla yanaşı Norveçin “Frontlayn” şirkətinə məxsus başqa bir tankerin də Fuceyra yaxınlığında torpedo hücumuna məruz qaldığı qeyd edilib.

Məsələylə bağlı Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Husilərə qarşı koalisiya yaratmaq qərarına gəlib.

Hadisələr fonunda Brent markalı neft 2.8% bahalaşıb.

www.yenicag.az

2083
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv