Körfəzdə təxribat davam edir: Neft boru kəməri partladıldı

Səudiyyə Ərəbistanı ərazisindən keçən neft boru kəməri bombalı hücuma məruz qalıb.

Yenicag.az xəbər verir ki, faktı Səudiyyə Ərəbistanın energetika naziri Xalib ibn Əl-Falih də təsdiqləyib.

Onun sözlərinə görə, hücum pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilib. İlkin ehtimala görə, hücumu İranın dəstəklədiyi husilər həyata keçirib.

Hadisədən sonra boru kəməri vasitəsilə neft təchizatı müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, ötən gün də Körfəzdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə məxsus tanker və mülki gəmilərə od vurulmuşdu.