Korluğa aparan xəstəlik… – Tanınmış oftalmoloqdan çıxış yolu

İnsan yaşa dolduqca orqanizmdə bir çox xəstəliklər baş qaldırır. Vaxtında həkimə müraciət etmədikdə isə bu xəstəliklər daha da ağırlaşır və nəticədə, geridönüşü asan olmayan bir yol başlayır.

Tanınmış cərrah-oftalmoloq, tibb elmləri doktoru, dosent, Universal Hospitalın baş həkimi Aytən xanım Sultanova isə deyir ki, gözlərimizin qədrini vaxtında bilməsək, dünya işığına həsrət qala bilərik:

“ Fikrimcə, insan özünə qarşı heç vaxt laqeyd olmamalıdır. Xüsusən də yaşa dolanda … Yaşla bağlı xəstəliklərə “katarakta”da aid edilir. Yaş 55-i keçəndən sonra büllurda, gözümüzün daxilindəki şəffaf büllurun zamanla bulanması baş verir ki, nəticədə görmə keyfiyyətimiz aşağı düşür. El arasında buna “Mirvari suyu” deyirlər.

İstisna hallarda yeni doğulan körpələrdə də bu xəstəliyə rast gəlmək mümkündür və bu, “anadangəlmə katarakta” adlanır. Qlaukomadan fərqli olaraq bu, hiss oluna bilən problemdir. Yəni qlaukomada təzyiq bəlli səviyyələrdə olduğu müddətcə xəstədə bir narahatçılıq yaranmaz, insan problemin fərqinə varmaz.

Amma kataraktda istər-istəməz büllurun şəffaflığı azalır, bulanma əmələ gələn kimi insan narahat olur və həkimə müraciət edir. Bəzən məndən “ katarakta dərman müalicəsi ilə aradan qalxa bilərmi?” deyə, soruşurlar. Xeyr. Katarakta yalnız cərrahi yolla aradan qaldırılır. İllər əvvəl daha böyük kəsiklər və tikişlərlə həyata keçirilən bu əməliyyat müasir dövrdə, xüsusən də Universal Hospitalda ağrısız, kəsiksiz, tikişsiz həyata keçirilir.

Universal Hospitalda ekstrakapsulyar cərrahiyyə (tikişli linza yerləşdirmə əməliyyatı) və fakoemulsifikasiya ( lazer katarakt əməliyyatı) əməliyyatları mənim tərəfimdən yüksək səviyyədə həyata keçirilir. Əməliyyatdan sonra xəstə görməyinə qovuşur. Və deyim ki, katarakta elə bir xəstəlikdir ki, onu vaxtında əməliyyat etməsə insan kor ola bilər.