“Koroğlu” şirkəti ilə bağlı ağır ittihamlar – FOTOFAKT

Bezy-myanny-j-copy-3-300x129Bu gün Azərbaycanın yeyinti sənayesi sektorunda lider olmağa iddia edən və hətta müxtəlif vasitələrlə monopoliya yaradan bəzi şirkətlər artıq əmindir ki, bazar iqtisadiyyatında birinci olmaq üçün dürüst işləməyə ehtiyac yoxdur.

Qafqaznews.az saytı dəfələrlə qida sektorundakı bir çox şirkətlərin nöqsanlarını ictimailəşdirib və qərəzsiz şəkildə, bütün tərəflərin mövqeyini oxuculara çatdırmağa çalışıb. Məsələ ondadır ki, bəzi müəssisələr reklamlarına külli miqdarda vəsait xərcləyirlər, amma alıcılara daha keyfiyyətli məhsul təqdim etmək üçün əziyyətlərinə heyifləri gəlir. Bu gün redaksiyamıza daxil olan müraciətdə “Koroğlu” MMC şirkətinin idxal etdiyi məhsullarından birində qurd tapıldığı deyilir.

Şikayət edən vətəndaş fotoşəkilləri də göndərib və həmin məhsulu bükərək bir kənarda saxladığını qeyd edib. Rusiyanın “Akkond” şirkətinə aid “Rulada” şokoladlarını “Koroğlu” MMC ölkəmizə idxal edir və bu məhsulların keyfiyyətinə də cavabdehlik daşıyır. Bundan başqa, bu şirkət Azərbaycanda bir neçə şokolad və biskvit fabriklərinə malikdir. Davamlı olaraq ölkə mətbuatında başqa şirniyyat şirkətlərini sıxışdırıb monopoliya qurmaqda2ffdada ittiham olunan “Koroğlu” MMC ilə bağlı, redaksiyamıza bundan əvvəl də müraciətlər olub. İnanırıq ki, özündə işgüzar məsuliyyət hiss edən istənilən şirkət rəhbəri bu kimi hallara qarşı çıxar, həllinə çalışardı. Biz “Koroğlu” MMC-nin saytında və “Facebook” səhifəsindəki nömrələrlə əlaqə saxlamağa çalışdıq.

Lakin nə mobil nömrə (070 425 26 53), nə də stasionar nömrələr (iş günü olduğu halda – 424 16 53 29) cavab verdi. Şirkətin “Facebook” səhifəsinə də yazdıq, sualımızı cavablandıran olmadı. Öz saytında və “Facebook” səhifəsində xeyriyyə tədbirləri ilə öyünən şirkətin nümayəndələri cəmiyyətlə daha fərqli işləmək üsullarını düşünsələr, yəqin ki, daha şokoladlardan qurd çıxma halları ilə də üzləşmərik. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Yenicag.az