!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Korona mutasiyaya uğradı: 3 tipi ilə “hücum” edir

!Reklam – Yazi
Koronavirusun 3 fərqli tipdə yayıldığı ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, Böyük Britaniyanın Kembric Universitetinin COVİD-19-un genetikası ilə bağlı apardığı təhqiqatda virusun əsasən 3 fərqli şəkildə mutasiyaya uğradığı qənaətinə gəlinib.

Bildirilib ki, yanvar-mart aylarında – virusun heyvandan insana keçərkən özünü göstərdiyi A versiyası hazırda ABŞ və Avstraliyadadır.

Alimlərin fikrincə, Çində koronavirus pik səviyyəyə qalxarkən, A tipində olmayıb. Çin daha çox koronavirusun dəyişmiş B tipi ilə mübarizə aparıb.

Araşdırmaya görə, ABŞ lazımi tədbirlə almadığı üçün virusun ilkin forması bu ölkədə yayılıb. Mənbə isə heç də Nyu York deyil, Kaliforniyadır.

Almaniya, Fransa, Belçika, Niderland və İsveçrədə B tipi özünü göstərir.

3-cü – B tipindən törəyən C versiyası Sinqapur kimi ölkələrdə özünü göstərir.

Alimlərin fikrincə, virus fərqli ölkələrdə fərqli reaksiya doğurur və mutasiyaya uğrayır.

Ümumdünya Səhiyyə Təşkilatı isə rəsmən bəyan edib ki, koronavirus qripə nisbətən onqat artıq ölüm təhlükəsi yaradır.

www.yenicag.az

2753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv