Dünyada yayılmaqda olan yeni növ koronavirus haqqında insanlarda bir çox suallar yaranıb.
Yenicag.az xəbər verir ki, bu suallardan biri də koronavirusun ana bətnindəki körpəyə keçib-keçməyəcəyi ilə bağlıdır.
Türkiyənin Nəsil Artımı və Sonsuzluq Dərnəyinin sədri professor Əhməd Zəki İşıq koronavirusla bağlı insanları maralandıran sualları cavablandırıb.
Professor, ana bətnindəki körpənin koronavirusa yoluxması haqqındakı mübahisələrə aydınlıq gətirib.
Əhməd Zəki qeyd edib ki, bu günədək belə bir hala təsadüf edilməyib:
“Bu günə qədər koronavirus aşkarlanmış 9 hamilə qadın var. Onların hamısı normal şəkildə doğuş həyata keçiriblər. Sadəcə bir nəfər sətəlcəm oldu, ancaq buna baxmayaraq doğuş həyata keçdi. İndi vəziyyəti yaxşıdır”.
Professor Zəki hamilə qadınların təşvişə qapılmamasını söyləyib və hamilə olan qadınla, olmayan qadınların xəstəliyi eyni keçirdiyini vurğulayıb:
“Əlimizdəki məlumatlara görə koronavirus ana bətnindəki körpəyə keçmir və hamilə olan və olmayan qadınlar xəstəliyi eyni keçirirlər. Hamilə qadınlar bundan narahat olmaya bilərlər. Ancaq xəstəlik hamı üçü xəstəlikdir. Diqqətli olmaq lazımdır”.