“Koronavirus artıq mövsümi qripə çevrilib” – Professor

COVID-19 artıq mövsümi qrip, bir növ virus infeksiyası qrupuna daxil ola bilər.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü Səma Kultufan Turan bildirib.

Onun sözlərinə görə, virusun quruluşu 3 ildə dəyişib və ağır xəstəliyə səbəb olma ehtimalı azaldıb.

“COVID-19 virusunun quruluşunun dəyişməsi nəticəsində ağır xəstəlik halları azalıb. Yəni xəstəliklə bağlı xəstəxanaya yerləşdirmə və reanimasiyaya ehtiyac nisbətləri azalıb”, – deyə professor vurğulayıb.

Səma Kultufan Turan vurğulayıb ki, COVID-19 digər bütün virus infeksiyaları kimi yaşlı insanlar və əlavə xəstəlikləri olanlar üçün hər zaman ciddi risk daşıyır.