Koronavirus bir gündə 130 can aldı – Rusiyada

Rusiyada pandemiya qurbanlarının sayı 11 335 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, Koronavirus İnfeksiyasının Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutka ərzində koronavirusdan 130 nəfər ölüb.

Son sutkada Moskvada 27 nəfər, Sankt-Peterburqda 20 nəfər virusdan vəfat edib.

Rusiyada COVID-19-dan sağalanların sayı 500 min nəfəri ötüb.

Son sutka daha 3 615 nəfər xəstəxanalardan evə buraxılıb.