İraqda yeni koronavirusa ilk yoluxma halı aşkarlanıb.
Yenicag.az İraqın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəcəf şəhərində iranlı tələbədə koronavirus aşkarlanıb.
Bildirilib ki, İran vətəndaşı koronavirusa yoluxması ilə əlaqədar karantinə alınıb və hazırda müalicə aparılır.
Xatırladaq ki, bundan əvvəl İraq hökuməti ilk koronavirusa yoluxma halının aşkarlandığı Küveytlə sərhəddəki Səfvan buraxılış məntəqəsini bağladıqlarını bildirmişdi.