Koronavirus daha bir ölkədə qeydə alındı

Çinin Uhan şəhərindən təxliyə olunmuş Belçika vətəndaşında koronavirus aşkar edilib.

Yenicag.az-ın məlumatına görə, Belçika Uhan şəhərindən 9 vətəndaşını təxliyə edib.

Onlar hərbi hospitalda müayinədən keçirilib. Bir qadında koronavirus aşkar edilib.

Onun vəziyyətinin sabit olduğu, xəstəliyin əlamətlərinin müşahidə edilmədiyi deyilir.

Qadın karantinə alınıb və Brüsseldə xəstəxanaya yerləşdirilib./Trend/