Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirus əleyhinə sərt tədbirlərə ÇAĞIRIŞ: “...yoxsa xəstəxanalarda yer olmayacaq”

“İki həftə vaxt lazımdır ki, yoluxma ilə bağlı rəqəmlərdə müəyyən azalmalar əldə edək”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Professorun sözlərinə görə, yoluxmanın miqyasını kiçiltmək üçün sərt tədbirlər görülməlidir:

“Yaşı az olanlar ölüm daşıyıcılarıdır və ətrafa ölüm saçırlar. Siqaret çəkənlər də ehtiyatlı olmalıdırlar. Taksiyə minəndə, mütləq pəncərələri açıq qoymaq lazımdır.

Nə qədər laqeyd davransaq, o qədər də virusu bədənimizdə qidalandırırıq. Sosial məsafə məsələsinə ciddi diqqət edilməlidir. Çünki hər kəsin ailəsində xəstəlik var.

Ona görə də kütləvi yerlərdən uzaq durmaq lazımdır. Mütləq sərt tədbirlər görülməlidir, yoxsa xəstəxanalarda yer olmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

364