Koronavirus əslən haralıdır? – Qlobal mübahisə böyüyür

Koronavirusun mənşəyi məsələsi böyük dövlətlər arasındakı münasibətlərdə siyasi alətə çevrilməkdədir.

Belə ki, ABŞ prezidenti Donald Tramp COVİD-19 virusunun Çinin Uxan şəhərindəki laboratoriyada üzə çıxması haqqında yeni bəyanat verib.

Baxmayaraq ki, ABŞ kəşfiyyatı koronavirusun süni şəkildə törənməməsi haqqında fikir söyləyib.

Çinə qaldıqda isə, bu ölkənin diplomatik nümayəndəsi bir müddət öncə koronavirusun yaranmasında amerikalı hərbçilərin əli olduğunu bildirib. Eyni zamanda Çin nədənsə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrini problemin araşdırılmasına cəlb etməyə razılıq vermir.

Görünür, koronavirusun mənşəyi ətrafında mübahisələr qlobal qarşıdurmanın tərkib hissəsinə çevrilir. Lakin bunun koronavirusla bağlı bütün həqiqətlərin üzə çıxması və pandemiyanın tezliklə aradan qaldırılmasına mənfi təsir göstərməsi heç bir şübhə doğurmur.