”Koronavirus infeksiyasına yoluxub xəstəlik keçirən insanlarda müəyyən əlamətlər qalır”.
Yenicag.az “oxu.az”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, onlarda ən çox müşahidə edilən iy və dad bilmənin itməsidir:
“Bir aydan sonra əksəriyyət insanlarda bu hisslər bərpa olunur. 3-6 ay ərzində böyük əskəriyyət insanda iy və dad bilmə bərpa olunur. Az adamlarda müəyyən vaxt keçsə də, iy və dad bilmə itir. Bunlar xəstəliyi keçirən insanların üçdə birində olur.
Xəstəlikdən sağalandan sonra halsızlıq, yaddaş, yuxu pozğunluğu, əzələ ağrıları olur. Belə halların keçməsi üçün zaman lazımdır”.
Baş infeksionist qeyd edib ki, xəstəliyi ağır keçirən və ağciyərlərin ciddi zədələnməsi olan insanlarda bərpa prosesi şəxsdən asılıdır:
“Yəni o, cavandır və yanaşı xəstəlikləri yoxdursa, bərpası sürətli gedə bilər. Amma yaşlı və yanaşı xəstəlikləri varsa, bərpa prosesi getməyə bilər. Bu, insanın əlilliyinə də səbəb ola bilər”.