Koronavirus İspaniyada son 24 saatda 849 nəfərin həyatına son qoydu

İspaniyada son sutka ərzində koronavirusdan 849 nəfər dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda ölən 849 nəfərlə birlikdə ölkədə koronavirusdan həyatını itirənlərin ümumi sayı 8 min 189-a çatıb.

İspaniyada hazırda 94 min 417 nəfər aktiv koronavirus xəstəsi var.

Loading...