Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirus Malayziya və Niderlanddan da yan keçmədi

Niderlandda COVİD-19 koronavirusuna yoluxanların sayı 265 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, ölkədə COVID-19 koronavirusundan ölənlərin sayı 3 nəfər təşkil edir.

Malayziya hakimiyyəti isə yoluxmuş şəxslərin ümumi sayının 99 nəfərə çatdığını bildirib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Baş direktoru Hişama Abdulun yaydığı bəyanatda deyilir.

“Bütün yeni yoluxma halları virusun əvvəlki yayılma ocaqları ilə bağlıdır. Bu günə 41 nəfər tam sağalıb, lakin iki nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir”, – bəyanatda bildirilir.

Xəstəliyin əsas yayıldığı Çində 3 mindən çox ölüm halı qeydə alınıb, 57 min nəfər sağalıb, yoluxma hadisələrinin sayı 80,7 min nəfərə çatıb.

www.yenicag.az

369