Koronavirus pandemiyasını iki il əvvəldən xəbər verən film  – VİDEO/FOTO

Cənubi Koreyada “Netflix”də 2018-ci ildə nümayiş etdirilmiş “Terius mənim arxamda” serialında koronavirus epidemiyası haqqında əvvəlcədən xəbər verilib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Nəşr qeyd edib ki, hazırkı epidemiyanın serialda təsvir edilmiş epidemiya ilə qorxulu oxşarlığı var. Belə ki, serialda 10-cu saniyədəki epizodda tənəffüs sisteminə və ağciyərə hücum edən ölümcül xəstəliyin adı çəkilir.

 

Filmdəki epizodlardan birində həkim deyir: “Koronavirus tənəffüs sistemini zədələyir. Hər şeydən pisi odur ki, onun inkubasiya dövrü iki gündən iki həftəyə qədərdir”.

Bu halda əlavə edilir ki, virus beş dəqiqə ərzində ağciyəri zədələyir.

 

O ki qaldı müalicəyə, həkim cavab verir ki, onun nə vaksini, nə də dərmanı var.

Bundan sonra infeksiyanın yayılmasının qarşısının alınması üçün qaydaların, o cümlədən əllərin yuyulması izah edilir.

 

Ancaq serialda koronavirus real həyatda olduğundan daha çox yoluxucudur.

Qeyd edək Britaniya kəşfiyyatı aprelin 5-də koronavirusun yayılması ilə bağlı iddia ilə çıxış edib. Birləşmiş Krallığın xüsusi xidmət orqanının iddiasına görə, infeksiya dünyaya laboratoriyadan sızıb./Report/

 

COP29