Koronavirus qurbanlarının sayı 1113 nəfər oldu

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların ümumi sayı artaraq 42 600 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, virusa yoluxanlardan 4 740 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb, 8 204 nəfərin isə vəziyyəti ağırdır.

Ölənlərin sayı 1113 nəfərə çatıb.