Koronavirus sərhədimizdə: Qonşu ölkədə iki nəfər öldü – SON DƏQİQƏ

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin müşaviri Əlirza Vahabzadə məlumat verib.

“Bu gün Qumda hər iki şəxsə koronavirusa yoluxma diaqnozu qoyulub və onlar eyni virusdan ölüblər”, – o qeyd edib.

***

15:03

İlk dəfə Çində rast gəlinən və qısa müddət ərzində çox sayda insanın yoluxduğu koronavirusa qonşu İranda da rast gəlinib.

Yenicag.az xəbər verir ki, İranın yarı rəsmi xəbər agentliyi İSNA bu haqda məlumat yayıb.

Məlumatda iki nəfərdə koronavirusun aşkarlandığı bildirilir.

COP29