Türkiyədə koronavirus şübhəsi ilə bağlı 12 nəfər xəstəxanaya yerləşdirilib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbulda 9-u Çin, 3-ü türk olmaqla, 12 nəfər koronavirusa yoluxmaqda şübhə bilinir. Onlarda baş gicəllənmə, ürəkbulanma və qusmadan şikayətləri ilə həkimə müraciət ediblər.
Qeyd edək ki, 9 Çin vətəndaşı 5 gün əvvəl Türkiyəyə gəlib. Xəstələr həkim nəzarətində saxlanılır.