!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus ucbatından BAĞLANAN SİNİFLƏR: "Təəssüf ki, qaydalara əməl olunmur"

!Reklam – Yazi

“Təhsil ocaqlarında yoluxma faktları olsa da, distant tədrisin tətbiq olunacağı real görünmür”.

Bu sözləri Bakıda bir neçə məktəbdə koronavirus aşkarlandığına görə siniflərin bağlanmasını dəyərləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, bəzi siniflərin bağlanması tədrisin yenidən distant şəkildə həyata keçirilməsinə səbəb olmayacaq:

“Təhsil sistemimiz ənənəvi formaya qayıtsa da, qısa zamanda yoluxmalar başladı. Əslində bu hal gözlənilən idi. Nəzərə alaq ki, ötən tədris ilində də bir neçə məktəbdə yoluxma halları müşahidə olundu. Lakin tədris ilini ənənəvi qaydada sonlandıra bildik.Təəssüf ki, bəzi insanlar xəstəliyin ciddiyətini hələ də anlamayıb və onlar tələb olunan qaydalara riayət etmədiyi üçün yoluxmanın qarşısını almaq çətinləşir. Hazırkı vəziyyətdə məktəblərdən fərqli olaraq ali təhsil müəssisələrində də dərslərin başlamasına baxmayaraq, yoluxma sayı artmayıb. Bütün hallarda tədrisin ənənəvi şəkildə davam edəcəyi gözləniləndir. Vaksinasiya prosesini nəzərə alsaq, mövcud vəziyyətdə distant tədrisin tətbiqi real görünmür. İstənilən halda hansısa məktəb və ya sinifdə yoluxma sayında artım olarsa, həmin təhsil müəssisəsində ciddi tədbirlər görüləcək”.

Gülşən Şərif

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv