İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.
Yenicag.az bu barədə “Al Arabiya” telekanalına istinadla xəbər verir ki, “İbn əl-Xətib” xəstəxanasında baş verən yanğın zamanı 90 nəfər ölüb. Daha 110 nəfər xəsarət aldığı bildirilib.
Məlumata əsasən, xəstəxananın reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub. Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.