Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

50 yaşlı aktiv koronavirus xəstəsi ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edib.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, mayın 13-də Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.