Koronavirusa görə dayandırılan Azərbaycan çempionatının bərpa olunacağı vaxt açıqlandı

Basketbol üzrə kişilər arasında Azərbaycan Superliqası bərpa olunur.

Yenicag.az xəbər verir ki, martın 3-də və 5-də keçirilməsi nəzərdə tutulan, lakin koronavirus üzündən təxirə salınan XXI turun qarşılaşmaları sabah baş tutacaq.

III dövrənin sonuncu turunun matçları Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçiriləcək.

Superliqa
XXI tur
11 mart
12:00. “Atom” – “Zirvə”
14:00. “Atletik” – “Sərkərdə”
16:00. “Sıçrayış” – “Xırdalan”
18:00. “80-lər” – “Gəncə”

COP29