Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusa ilk yoluxan şəxs MƏLUM OLDU

Çində koronavirusa ilk dəfə yoluxan şəxsin kimliyi məlum olub.

Yenicag.az xarici mətbuata isitnadən xəbər verir ki, bu barədə Çin KİV-i məlumat yayıb.

Məlumata görə, Uhanın “Xunan” bazarında diri xərçəng satan Vey soyadlı qadın 2019-cu il dekabrın 11-də naməlum səbəbdən hərarəti yüksəlib.

Əvvəllər belə hallarda xəstəxanaya müraciət edən Vey iynə vurulduqdan sonra özünü yaxşı hiss edirmiş. Lakin bu dəfə iki iynə vurulsada səhhətində ki, problem davam edib.

Dekabrın 16-da Vey Xuaçjun Elmi-Texnologiya Universiteti yanında “Sexe” xəstəxanasına müraciət edib və “Xunan” bazarında koronavirusa yoluxan ilk şəxs olduğu aşkarlanıb. Bəzi ehtimallara əsasən, məhz bu bazar infeksiyanın yayılma mənbəyi olub. Lakin mütəxəssislər bu heyvanın daşıyıcısı olduğunu və insana keçməsi şəraitini araşdıra bilməyiblər.

Dekabrın 31-də Uhanın səhiyyə üzrə komitəsi birinci qrupda 27 nəfərin yoluxduğunu bildirib.

“Xunan” bazarı ilə heç bir təması olmayan daha bir şəxsdə virusa yoluxma aşkarlanıb. Dekabrın 16-da temperaturu yüksələrək Uhan ətrafındakı xəstəxanaya müraciət edib. Şəxsin virusa necə yoluxduğunu başa düşmədiyini, ailə üzvlərinin isə sağlam olduğunu bildirib.

www.yenicag.az

1202
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100