Koronavirusa qarşı plastik üz sipərlərindən istifadə edənlərə BƏD XƏBƏR

Koronavirusa qarşı istifadə edilən plastik üz maskaları koronavirusla mübarizədə effektsizdir.

Yenicag.az xəbər verir ki, bu barədə Yaponiyanın Kobe şəhərində RIKEN Hesablama Elm Mərkəzində araşdırma aparılıb.

Aparılan kompüter hesablamaları nəticəsində, havadakı 5 mikrometrdən kiçik damlacıqların yayıldığı məlum olub. RIKEN mərkəzindəki elm adamları, 50 mikrometrdən böyük damlacıqların təxminən yarısının da plastik üz sipərindən keçdiyini və virusu tamamilə təsirsiz hala gətirmədiyini bildirdilər.

Tədqiqatı aparan qrupun lideri Mato Tsubokura qeyd edib ki, simulyasiya nəticələrinə əsasən sipər maskalar koronavirusa yoluxmuş insanın ağzından çıxan, xüsusilə 20 mikrometrdən kiçik damlacıqların yayılmasının qarşısını almaq üçün digər maskalarla müqayisədə effektsizdir.