Koronavirusa yoluxan həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır.
Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib. Məlumatda bildirilir ki, o hazırda EKMO və süni tənəffüs aparatlarına qoşuludur:
“Hemodinamik stabildir. Saturasiyası 90-98%-dir. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur”.