Koronavirusa yoluxan mətbuat katibindən xəbər var

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusdan sağalaraq evə buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə mətbuat katibi özü açıqlamasında bildirib.

“Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm”, – D.Peskov deyib.

Peskov fəaliyyətini evdən davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, D.Peskov mayın 12-də xəstəxanaya yerləşdirilən D.Peskov COVID-19-dan müalicə olunurdu.