Koronavirusa yoluxan Ramiz Əzizbəylinin SON DURUMU – Xanımından AÇIQLAMA

Koronavirusa yoluxan və Zığ qəsəbəsindəki modul tipli hospitala yerləşdirilən xalq artisti, tanınmış kino rejissor Ramiz Əzizbəylinin səhhəti yaxşıdır.

Bunu xalq artistinin xanımı Zümrüd Əzizbəyli Yenicag.az-a açıqlamasında bildirib:

“Koronavirusa yoluxmamışdı, elə yoxlamamış apardılar xəstəxanaya. Deyirlər ki, koronavirusa yoluxub. Soyuqladığı üçün zəif yeyirdi, buna görə immuniteti düşmüşdü. Ramiz daima həkim nəzarətində olub. Axırıncı dəfə də həkim çağırdıq ki, baxsın. Dedilər, aparaq xəstəxanaya. Tez çıxacağını deyirlər, amma inanmıram koronavirus olsa, tez buraxsınlar. Qızım yanında qalır”.

Cəvahir