!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusa yoluxanların sayı 15 milyonu ötdü

!Reklam – Yazi

Koronavirus pandemiyasının başlanğıcından dünyada COVID-19-a 15 084 374 yoluxma hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bunu ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikası göstərir.

Bu halda pandemiya ərzində dünyada COVID-19 qurbanlarının ümumi sayı 618 476-ya çatıb.

Dünyada COVID-19-a yoluxma hallarının sayına görə Birləşmiş Ştatlar liderlik edir. ABŞ-da 4 028 365 insan koronavirus testlərinin müsbət nəticəsini alıb. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 2 166 532 insan virusa yoluxub.

Koronavirusa ən çox yoluxmaya görə üçüncü yerdə Hindistan qərarlaşıb. Cənubi Asiya ölkəsində 1 194 085 nəfər virus daşıyıcısı kimi qeydiyyata alınıb.

Qeyd edək ki, COVID-19 ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv