!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusa yoluxanların sayı 95 mini keçib

!Adviad

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində dünyada 2241 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alıb ki, onlardan 143-ü Çində müşahidə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə ÜST-ün yaydığı açıqlamada deyilir. Beləliklə, Çindən kənarda 2098 nəfərdə virusa yoluxma halı qeydə alınıb.

Təşkilatın məlumatına görə, dünyada cəmi 95 333 yoluxma hadisəsi təsdiqlənib ki, bunlardan 80 565-i Çində, 14 768-i isə xaricdədir.

Ümumilikdə, təşkilatın məlumatına görə, Çində 3015 nəfər (son 24 saat ərzində 31) və dünyada 267 (gün ərzində 53) yeni növ koronavirusun yaratdığı xəstəlikdən ölüb.

www.yenicag.az

398
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100