Azərbaycanda son sutkada koronavirus infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə alaraq sağalıb.
Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Həmçinin, son sutkada COVID-19-dan vəfat edən də yoxdur.
Rəsmi məlumata görə, hazırda ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 85 nəfərdir.