Çində yeni tipli koronavirusa yoluxanların sayı 291 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası bildirib.
Məlumata görə, son 24 saat ərzində ölkənin orta bölgəsindəki Hubei əyalətində, habelə paytaxt Pekində və Şanqhaidə 77 yoluxma halı qeydə alınıb.
Daha doqquz bölgədə koronavirus şübhəsi ilə 27 xəstə aşkarlanıb.
Həkimlər, simptomların infeksiyadan dərhal sonra görünmədiyini, inkubasiya dövrünün 5-6 gün davam etdiyini bildiriblər.