Koronavirusa yoluxanların sayı artır

Çində yeni növ koronavirusa yoluxanların sayı 324-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası bildirib.

Yoluxmaların ən çoxu – 270 nəfər – administrativ mərkəzi Uxan olan Xubey, daha 17-si ölkənin cənubundakı Quandun əyalətlərində, 10-u – Pekində, 6-sı Şanxayda, hər birində 5 olmaqla şərqdə yerləşən Çşetzianda və cənub-qərbdəki Çuntsin şəhərində qeydə alınıb.

Həkimlər, simptomların infeksiyadan dərhal sonra görünmədiyini, inkubasiya dövrünün 5-6 gün davam etdiyini bildiriblər. Koronavirusun əlamətləri burun axması, öskürək, boğaz ağrısı və sinə darlığı kimi simptomlarla xarakterizə olunur. Bir neçə gün davam edə biləcək baş ağrısı və hərarət də ola bilər. Risk altında olan insanlar əsasən immunitet sistemi zəifləmiş, uşaqlar və yaşlılardır. Xəstəlik, həmçinin pnevmaniya və bronxitə oxşar simptomlarla da müşahidə edilir.