Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Koronavirusa yoluxma sayında artımın əsas səbəbi məktəblərin fəaliyyəti deyil” - Ekspertdən ETİRAZ

“Təəssüf ki, bəzi qaydalara riayət olunmadığı üçün beş bölgədə yenidən distant tədrisə keçmək məcburiyyəti yaranıb”.

Bu sözləri aprelin 5-dən etibarən, Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblərin bağlanması ilə bağlı qərarı dəyərləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Təhsil ekspertinin sözlərinə görə, yoluxmanın sayının artmasına ictimai yerlərdə qaydaların düzgün təşkil edilməməsidir:

“Hazırda müxtəlif səbəblərlə əlaqədar virusa yoluxanların sayı artmaqdadır. Əslində, təhsil sahəsində qismən ənənəvi tədrisə keçilməsi doğru qərar idi. Lakin təəssüf ki, bəzi qaydalara riayət olunmadığı üçün beş bölgədə yenidən distant tədrisə keçmək məcburiyyəti yaranıb.

Ümumilikdə virusa yoluxma sayının məhz məktəblərə görə artdığını düşünmürəm. Çünki kafe və restoranlarda sosial məsafəyə əməl edilməməsi və maskadan istifadə edilməməsi halları müşahidə olunur. Həmin məkanlarda olan şəxs daha sonra (müəllim və ya şagird) evə gəldikdə digər ailə üzvlərini də virusa yoluxdura bilir.

Əgər dərslərin ənənəvi qaydada davam etməsini istəyiriksə, tələb olunan qaydalara düzgün əməl etməyə məcburuq. Düzdür, pandemiya dövrü başlayandan təhsil sahəsində bəzi yeniliklər olub, amma bu yeniliklərin virus təhlükəsindən sonra baş verməməsi daha yaxşı olardı. Təhsil sahəsinin inkişafı üçün atılan addımlar məcburiyyətdən deyil, gələcəyimizin daha yaxşı olması üçün könüllü şəkildə həyata keçirilməlidir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

282
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100