Koronavirusa yoluxma zamanı ölüm riskini artıran XƏSTƏLİKLƏR

İtaliyalı həkimlər koronavirusa yoluxma zamanı ölüm riskini artıran xəstəlikləri açıqlayıblar.

Yenicag.az-ın məlumatına görə, ürək-damar sistemi ilə bağlı problemlər xüsusi təhlükə yaradır ki, bu da infeksiya ilə yoluxma zamanı ölüm riskini 10,5 faiz artırır.

Risk zonasında diabet xəstəliyindən əziyyət çəkən insanlar da var. Bu halda ölüm təhlükəsi 7,3 faiz çoxdur. Xroniki respirator xəstəliklərindən əziyyət çəkənlər üçün risk 6,5 faiz, yüksək təzyiqi olan insanlar üçün 6 faiz, onkoloji xəstəliklər üzrə risk isə 5,6 faiz yüksəkdir./Trend/