Çinin Uhan şəhərində meydana çıxan və bütün dünyaya yayılan koronavirus səbəbi ilə ilk qətl hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə İtaliyada qeydə alınıb. İtalyan tibb işçisi sevgilisini boğaraq öldürüb.
“Onu öldürdüm çünki mənə koronavirus yoluxdurub”, – deyərək həmin şəxs cinayət törətdiyini etiraf edib.
İtaliyada yaşayan Antonio De Pace adlı tibb işçisi xəstəxanada koronavirusla mübarizə aparan sevgilisi həkim Lorena Quarantanı öldürdükdən sonra intihara cəhd edib.
Polisə zəng edərək təslim olan gəncin, test nəticələri isə neqativ çıxıb.
Aslı İsmayılzadə