Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Qəzənfər Əliyev yeni növ koronavirus infeksiyasından (COVID-19) vəfat edib.
Yenicag.az-ın məlumatına görə, Q. Əliyev iyun ayının 20-si gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib: “Aparılan profilaktik tədbirlərə baxmayaraq, o, gecə saat 01:45-də xəstəxananın reanimasiya şöbəsində vəfat edib”.
Qeyd edək ki, Qəzənfər Əliyevin məktəb direktoru olan həyat yoldaşı da koronavirusa yoluxub.