2019 nSoV koronavirusuna yoluxmuş pasiyentin ağciyərlərinin şəkilləri yayılıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu şəkilləri Çin həkimləri yayıb.
Bu təsvirlərdə 39 dərəcə temperaturla Çinin Lançjou şəhərində xəstəxanaya yerləşdirilmiş 33 yaşlı qadının kompüter tomoqrafiyasının nəticələri öz əksini tapır.
Birinci şəkildə ağciyərlərdə bulanıqlıq görünür. Üç gün sonra çəkilmiş ikinci şəkildə isə virusun genişlənmiş sahəsini görmək mümkündür.
Epidemioloji xüsusiyyətlərə, klinik təzahürlərə, döş hüceyrələrinin şəkillərinə və laboratoriya məlumatlarına əsasən, 2019 nCoV diaqnozu qoyulduğu qeyd edilib.