Koronavirusdan avtomobil bazarına ÖLDÜRÜCÜ ZƏRBƏ – 10 minədək ENDİRİM/AÇIQLAMA

“Bazarda birinci əl avtomobillərin qiymətində kəskin ucuzlaşma var və bu proses bir il davam edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı koronavirus pandemiyasının avtomobil bazarına təsirini şərh edərkən bildirib.

E.Muradlı karantin rejimi ilə əlaqədar paytaxt və bölgələrdə avtomobil bazarlarının bağlanmasından sonra alqı-satqının kəskin surətdə zəiflədiyini qeyd edib:

“Avtomobil bazarları fəaliyyətini dayandırdığı üçün, bir çox insanlar alqı-satqını internet resurslarından istifadə etməklə həyata keçirir. Alıcı kütləsi azdır. Bir çoxları alqı-satqı proseslərini həyata keçirə bilmir, çünki qeydiyyat üçün müxtəlif əlaqədar qurumlara getməlidir, mövcud karantin rejimində bu, mümkün deyil. Koronavirus daha çox birinci əl avtomobillərin satışının zəifləməsinə təsir göstərdi. Markasından asılı olaraq, qiymətlərdə 5-7, hətta 10 min manat ucuzlaşma müşahidə olunur. Bir çox dillerlər onlayn satışlar həyata keçirərək qiyməti endirir. Ucuzlaşmanın davam edəcəyi gözlənilir. Çünki pandemiyadan sonra insanların diqqəti daha çox sosial vəziyyətlərinə yönələcək. Ümumilikdə avtomobil bazarında 50 faiz zəifləmə müşahidə olunacaq”.

Ekspert onu da qeyd edib ki, koronavirus pandemiyası avtomobil bazarında yeni münasibət və mexanizmləri də üzə çıxarıb.

Cəvahir