Koronavirusdan canınızı qurtarmağın XİLAS YOLU

“”Covid 19″-la aylarla yaşayacağıq. Bunu inkar etməmək və çaxnaşma yaratmamaq lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu Dokuz Eylül Universitetinin pandemiya şöbəsinin müdiri, dosent Yusuf Savran koronavirusla bağlı paylaşımında qeyd edib.

Həyatı çətinləşdirməyin lazımsız olduğunu deyən Y.Savran koronavirusla bağlı mübahisəli məqamlara aydınlıq gətirib, həmin fikirləri təqdim edirik:

“Yayda virusun təsiri azalmayacaq. Braziliya və Argentinada yaydır, ancaq virus sürətlə yayılır.

Çox su içərək hüceyrələrə nüfuz edən Covid-19 virusunu məhv edə bilməzsiniz.

Əl yumaq və 1.8 metr məsafədə dayanmaq virusdan qorunmaq üçün ən yaxşı üsuldur. Evdə Covid-19 xəstəsi yoxdursa, evdəki səthləri dezinfeksiya etmək lazım deyil.

Yük paketləri, alış-veriş arabaları və ya bankomatlar infeksiyaya səbəb olmur. Əllərinizi yuyun, normal həyatınıza davam edin.

“Covid 19″ qidadan qaynaqlanan bir infeksiya deyil. Qrip kimi bir damla ilə əlaqəli bir infeksiyadır.

Sauna hüceyrəyə nüfuz edən Covid-19 viruslarını öldürmür.

Bir çox allergiya və infeksiya ilə qoxu hissinizi itirə bilərsiniz. Covid-19 üçün qeyri-spesifik bir simptomdur.

Evə gəldikdən sonra paltarınızı dəyişdirməyimiz və təcili olaraq duş almağımız lazım deyil. Təmizlik «paranoya” deyil.

“Covid 19” virusu havadan asılı qalmır. Yaxın təmas tələb edən bir damla infeksiyasıdır. Hava təmizdir, park və bağlarda gəzə bilərsiniz, məsafəni saxlamaq şərti ilə.

Covid-19 irq və ya din tanımır, bütün insanlara yoluxur.

Covid-19-a qarşı normal bir sabun istifadə etmək kifayətdir, mütləq antibakterial sabunu götürməyin. Virus onsuz da bakteriya deyil.

Yemək sifarişlərinizdən narahat olmaq lazım deyil. Ancaq çox istəsəniz, mikrodalğalı sobada bir az isidə bilərsiniz.

Covid-19-u evinizə ayaqqabı ilə gətirmək və xəstələnmək şansınız gündə iki dəfə sizi ildırım vurması qədər mümkünsüzdür. 20 ildir viruslarla bağlı araşdırma aparıram, damcı infeksiyası belə yayılmır.

Sirkə, sumaq, soda və zəncəfilli su içmək və ya yeməklə virusdan qorunmaq olmaz.

Əlcək taxmaq pis bir fikirdir, virus əlcəkdə toplana bilər, üzünüzə toxunsanız, asanlıqla ötürülə bilər. Əlləri yumaq daha yaxşıdır”.

Aslı İsmayılzadə