!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusdan mənzil bazarına AĞIR ZƏRBƏ - Evlərin qiyməti nə qəqər ucuzlaşacaq? - İqtisadçıdan ŞAD XƏBƏR

!Reklam – Yazi

“Koronavirus mənzil bazarından da yan keçməyəcək, evlərin qiyməti kəskin şəkildə düşəcək”.

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Nazim Bəydəmirli koronavirusun mənzil bazarına təsirini şərh edərkən söyləyib.

“Belə situasiyalarda vətəndaş və istehlakçı daha çox zəruri olan qida məhsullarına olan tələbatını ödəyir. Belə dönəmlərdə insanların uzun müddət vəsait yatırımı çətin görünür. Bu da o deməkdir ki, daşınmaz əmlaka olan tələbat kifayət qədər aşağı düşəcək”, – N.Bəydəmirli belə deyib.

İqtisadçı vaxtilə baş verən böhranı da xatırladıb və oxşar vəziyyətin 2008-2009-cu illərdə də yaşandığını bildirib:

“Biz 2008-2009-cu illərdə yaşanan maliyyə böhranında da bunun şahidi olmuşduq. Həmin ərəfədə də mənzillərin qiyməti çox yüksək idi.

Mənzil almaq istəyənlər arzulasınlar ki, neftin qiyməti uzun müddət aşağı olsun və yalnız onda bizdə normal iqtisadi proseslər gedəcək. O zaman evlərin qiyməti düşəcək.

Əslində mənzil bazarında qiymətlər olduqca bahadır. Bunun da səbəbi heç də normal iqtisadi tələb-təkliflə əlaqəli deyil. Səbəbkar mənzil bazarında hökmranlıq edən məmur sahibkarlığı və monopoliyadır. Onlar evlərin ucuzlaşdırılmasında maraqlı deyil. Lakin, görünən budur ki, mənzil bazarında kəskin ucuzlaşma qaçılmazdır, evlərin qiyməti iki dəfə düşəcək”.

Cəvahir

www.yenicag.az

2272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv