Koronavirusdan müalicə olunan xalq artistinin SON DURUMU

Koronavirusdan müalicə olunan xalq artisti Nəzakət Teymurovanın səhhəti yaxşılaşıb. Sənətçi modul tipli xəstəxanadan evə buraxılıb.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti özü bildirib:

“Çox şükür, yaxşıyam, evdəyəm. Müalicəmi Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva nəzarətə götürdü. Modul tipli xəstəxanada müalicə olundum.

Bu çətin günlərimdə amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı məhz Mehriban xanım və fədakar həkimlərimizdir. Bu qayğı və diqqətə görə Mehriban xanıma və həkimlərimizə minnətdarlığımı bildirirəm”.

Cəvahir