Koronavirusdan ölən jurnalistlərin sayı

Son 10 ayda dünyada 59 ölkədən 602 jurnalist koronavirusun qurbanı olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Press Emblem Campain” (PEC) qeyri-hökumət təşkilatı açıqlama verib.

Ölənlərin 303 nəfəri Latın Amerikası, 145 nəfəri Asiya, 94 nəfəri Avropa, 32 nəfəri Şimali Amerika, 28 nəfəri Afrika ölkələrindəndir.

Bütövlükdə hesabat dövründə koronavirusdan dünyasını dəyişmiş media nümayəndələrinin sayına görə 93 nəfərlə Peru birinci, 55 nəfərlə Braziliya ikinci, 53 nəfərlə Hindistan üçüncü yerdədir.

COP29