Koronavirusdan ölənlərin sayı 2 min nəfəri keçib

Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 74 185 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, yoluxanlardan 2004 nəfər ölüb, 14 376 nəfəri isə sağalıb.

Bildirilir ki, hazırda xəstə olan 57 805 nəfərdən 11 977 nəfərinin vəziyyəti ağırdır.

Ötən sutka ərzində ölkə üzrə 1749 təsdiqlənmiş yoluxma halı, 136 ölüm halı qeydə alınıb, 1824 nəfər isə sağalaraq evə buraxılıb.