!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusdan ölənlərin sayı 723-ə çatdı

!Reklam – Yazi

Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 34 min 621, bu virus səbəbindən ölənlərin sayı isə 723 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 27 min nəfərdən çoxdur.

İndiyədək 2055 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 6101 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 345 min nəfəri müəyyən edib, onlardan 189 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə, 276 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda – Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv