Koronavirusdan ölənlərin sayı artır

Çində yeni növ koronavirusa 28018 insan yoluxub, 563 nəfər ölüb.

Virusa yoluxanlardan 1153 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Ümumdünya Səhiyyə Təşkilatı yeni virusla bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını Uxan şəhərində naməlum pnevmaniyanın qeydə alınması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin 2019-nCoV koronavirusu tərəfindən yayıldığını müəyyənləşdiriblər.

Ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.

COP29