Koronavirusdan qoruyan 2 ADİ MƏHSUL

Koronavirusdan qorunmaq üçün immun sistemini yüksək səviyyədə saxlamaq lazımdır.

Tanınmış rusiyalı lor-həkim Vladimir Zaysevin sözlərinə görə, güclü immunitet istənilən virusa qalib gələ bilər.

Həkim immun sistemini möhkəmləndirərək koronavirusdan qoruya biləcək 2 məhsulun adını açıqlayıb.

Bu sarımsaq və zəncəfildir. Hər 2 məhsul orqanizmin viruslara qarşı davamlılığını artırır, virus və iltihab əleyhinə təsir edir. Nəzərə almaq lazımdır ki, bu məhsulların müntəzəm istehlakı lazım olan effekt verir. Yəni bu məhsulları az miqdarda hər gün yemək lazımdır.

Həmçinin mütəxəssis qeyd edib ki, mədə-bağırsaq sisteminə zərər vurmamaq üçün sarımsağı gündə 2 dəfə 1 diş olmaqla yemək lazımdır. Xora, qastrit, mədənin turşuluğunun azalması zamanı sarımsaq yemək olmaz.

Bundan əlavə həkim qapalı yerlərdə deyil, açıq havada daha çox vaxt keçirməyi tövsiyə edir. Bu da immuniteti möhkəmləndirir./Saglamolun/