Yeni növ koronavirus Avropanın 13 ölkəsində yayılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin direktoru Hans Klüge məlumat verib.
Onun sözlərinə görə dünyanın 33 ölkəsində COVID-19 koronavirusuna yoluxma ilə bağlı 80 980 hal qeydə alınıb.
“Yoluxma hallarının 96,5%-i Çində qeydə alınıb”, – ÜST nümayəndəsi bildirib.