Koronavirus (COVID-19) epidemiyasının meydana çıxmasından sonra bəzi şəxslərə qarşı stiqma və diskriminasiya müşahidə edilir.
Yenicag.az xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda əksini tapıb.
“Stiqma diskriminasiyaya məruz qalmamaq üçün xəstəliyi gizlətməyə məcbur edə, dərhal tibbi yardıma müraciət etməkdən çəkindirə və gigiyena qaydalarına riayət etməkdən yayındıra bilər. Koronavirusla bağlı danışarkən daha ehtiyatlı olmalı və irqi diskriminasiyaya yol verməməliyik”, – deyə məlumatda qeyd olunub.