Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 69 239 671 nəfərdə koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, virusdan 1 575 810 xəstə ölüb, 47 994 611 nəfər sağalıb.

Avropada 18 998 207, Şimali Amerikada 18 308 956, Asiyada 17 853 688, Cənubi Amerikada 11 711 635, Afrikada isə 2 320 174 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (15 820 042 nəfər), Hindistan (9 767 371 nəfər), Braziliya (6 730 118 nəfər), Rusiya (2 541 199 nəfər) və Fransadır (2 324 216 nəfər).

İranda 1 072 620, Türkiyədə 925 342, Gürcüstanda 174 383, Ermənistanda isə 144 066 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 158 555 nəfərin 1 755-i ölüb, 96 330-u sağalıb.